Ledun: Mənəviyyat və Qədim Elmlər Platforması
Platforma Sahibi və Elmi Rəhbərlik
Ledun.co platforması, qədim mənəviyyat, Cəfr və Şərq elmləri mütəxəssisi Seyyid Ələvi tərəfindən idarə olunur.
Məqsədimiz və Missiyamız
Ledun.co Platformasını hazırlamaqda məqsədimiz, müasir internet dövründə, insanların əksəriyyəti bu mövzuda dəstək almaq üçün ilk köməyi internet də axtarırlar, biz isə internet dövründə internet dən təcrid olunmaq əvəzinə, insanlara bu vasitə ilə kömək etməyi qarşımıza məqsəd qoyduq. Təcrübəmiz göstərir ki, bu mövzuda köməyə ehtiyacı olan insanların əksəriyyəti səhv ünvanlara, cadugər, falçı, ekstrasens və.s adlar ilə tanınan şeytan xidmətçiləri və heç bir xeyiri olmayan insanlara müraciət etməklə uzun zamanlarını, ümidlərini və pullarını itirirlər, məhz bu zamanda, xeyirsizlərdən qabağa düşüb, həqiqi kömək etmək üçün buradayıq, inşəALLAH bu zamana qədər müvəffəq olduğumuz kimi, bundan sonra da müvəffəq olacağıq. Digər məqsədimiz, Azərbaycan və digər Müsəlmanların çox olduğu və Müsəlman ölkələrində qol-budaq uzatmış, biri-birindən iyrənc və fərqli məqsədlərə xidmət edən falçı, cadugərlərin ölkədə ki Müsəlmanlara vurduğu zərəri ALLAH-ın izni ilə aradan qaldırmaqdır.
Fəaliyyət İstiqaməti və Tədqiqatlar
Ledun.co platforması olaraq fəaliyyət istiqamətimiz, cəmiyyəti xurafatdan, batil inamlardan və mənəvi istismardan qoruyaraq, onlara səhih İslami mənbələrə əsaslanan elmi və əməli həllər təqdim etməkdir. İnsanların falçı, cadugər və "ekstrasens" adı altında fəaliyyət göstərən şəbəkələrin tələsinə düşməməsi üçün davamlı maarifləndirmə işləri aparırıq. Onların istifadə etdiyi batil metodları və psixoloji manipulyasiyaları elmi və dini dəlillər işığında analiz edərək cəmiyyətə ifşa edirik. Məqsədimiz insanların mənəvi boşluqlarından sui-istifadə edənlərin iç üzünü göstərmək və tam doğru, İslami yolla problemi həll etməkdir. "Ulumu-Ğəribə" və Cəfr Elmlərinin Səhih Tədqiqi Əsas tədqiqat sahələrimizdən biri də İslam irsində mövcud olan, lakin zamanla təhrifə uğramış və ya sui-istifadə edilmiş "Ulumu-Ğəribə" (qəribə elmlər) və "Cəfr" kimi mövzuların əsl mahiyyətini araşdırmaqdır. Biz bu elmlərin həqiqi, şəriətə uyğun və etibarlı klassik mənbələrini (kitablar, əlyazmalar və rəqəmsal materiallar) dərindən incələyərək, haqqı batildən ayırır və oxucularımıza ən dəqiq, xurafatdan uzaq məlumatları təqdim edirik.