Cadu Nədir və Varmı? Cadunun Əlamətləri və Zərərləri
Cadu nədir?
Cadu anlayışı demək olar ki, bütün dinlərdə və qədim inanc sistemlərində mövcuddur. "Cadu" sözü fars mənşəli olub, ərəb dilindəki və qədim mənbələrdəki qarşılığı "sehr"dir.
Məzmun etibarilə cadu – bu işlə məşğul olan şəxsin (sahirin) xüsusi ayinlər icra edərək metafizik varlıqları (cinləri) dəvət etməsi və onların şərtləri müqabilində müxtəlif əşyalardan (sümük, saç, şam, sabun, xüsusi yazılar və s.) istifadə edərək hazırladığı ritual vasitədir.
Cadunun əlamətləri və Zərərləri
Cadusu olan insanda aşağıdakı hallar və situasiyalar tez-tez ya da davamlı olaraq baş verir.
- Baş ağrıları
- Kürək nahiyəsində və boyunda ağrılar
- Əzələ ağrıları və haslızlıq, yorğunluq - Səhər yuxudan oyandıqda halsızlıq, yorğunluq. Heç bir iş görməsəniz belə sanki çox iş görmüş kimi yorğunluq
- Davamlı yuxusuzluq - yuxudan doymamaq, əsnəmək
- Səbəbsiz darıxmaq, həsrət çəkmək hissi
- Nəsə olacaq qorxusu - sanki xoşagəlməz hadisə baş verəcək
- Bəxt gətirməmək - Çox insanın müvəffəq olduğu işdə uğursuz olursunuz, ilk başda işlər yaxşı gedir sonra uğursuz nəticələnir
- İradə zəifliyi - Etməsi sizin üçün asan olan işləri etməkdə iradə zəifliyi, etməyəcəm dediyiniz şeyləri istəmədiyiniz halda edirsiniz.
- Əsəb - Kiçik məsələlərdə ani əsəbi reaksiya, daimi gərginlik, səbəbsiz aqressiv hallar
Cadudan qurtulmaq mümkündür, lakin bir neçə əsas məqamı diqqətinizə çatdırırıq.
Cadudan yalnız və yalnız İslam Dini daxilində aparılan əməliyyatlarla qurtulmaq mümkündür, digər dinlər və İslamdan kənar metodlar heç vaxt cadunu batil etməz.
Azərbaycanda məşhur olan, cadu tapmaq, cadu çıxarmaq üsulu isə qətiyyən həll yolu deyil. Bayaq dediyimiz kimi, cadu bir əşyadır, onu çıxarmaq onun təsirini aradan aparmaz, bəzən müvəqqəti(bir neçə günlük)azalda bilər lakin qətiyyən aradan aparmaz. Çün ki təsir qüvvəsi əşya deyil, cinlərdir.
Cadu edərkən edilmiş ritualı yalnız İslam elmi vasitəsi ilə pozmaq olar, yəni cadudan gələn zərər verən cinləri qovmaq yalnız İslam elmində mümkündür.
Ruqyə edərək cadudan xilas olmaq mümkün deyil, lakin keçici şəkildə təsiri azaltmaq mümkündür. Bununla yanaşı, Qurani-Kərimin müəyyən ayə və surələrini oxumaqla yanaşı düzgün və planlı şəkildə müəyyən edilmiş müddət(əksər hallarda 45 gün) içmək və qüsl almaqla demək olar ki 80% təmizləmək mümkündür, bu nəzərə çarpacaq dərəcədə faydalıdır.
Əlavə suallarınız olsa, şərh yaza və ya bizimlə əlaqə saxlaya bilərsiniz.
Əssəlamu Aleykum va Rahmətullah
Şərhlər 0